İmtahan

  Yeni Şəfəq Tədris Mərkəzində aşağıdakı istiqamətlərdə imtahanlar keçirilir:


1.BİLİK VƏ GÜZƏŞT YARIŞI

  Bilik və Güzəşt Yarışlarımız 1-2-3-4-5-6-7-8-ci siniflər üçün nəzərdə tutulub. Hər ay bir dəfə keçirilən yarışlarımızda hər sinifin öz məktəb proqramına uyğun suallar salınır və suallar bütün əsas fənləri əhatə edir. Bu imtahanlarda yüksək bal toplayan şagirdlərə topladığı ballara görə müxtəlif mükafatlar və ya Yeni Şəfəq Diplomları təqdim olunur. Onu da qeyd edək ki,yüksək bal toplayan şagirdlər ilin sonunda növbəti dərs ili üçün heç kimin əldə edə bilmədiyi "Güzəşt Kuponları" adlı xüsusi kuponlar əldə edirlər.

2.BURAXILIŞ SINAQ İMTAHANLARI

  8-9-10-11-ci siniflər üçün nəzərdə tutulan Buraxılış sınaq imtahanlarımız 9 və 11-ci siniflərin sonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən Buraxılış imtahanlarına uyğun hazırlanır. Buraxılış imtahanları Ali məktəblərə qəbulun bir hissəsidir.
  Buraxılış Sınaq İmtahanlarımızda DİM proqramına uyğun olaraq şagirdlərə Azərbaycan dili(30 sual), Xarici dil(30 sual) və Riyaziyyat(25 sual) fənlərindən birlikdə 85 sual təqdim olunur. Bu suallar qapalı,açıq,uyğunluq və marker tipli suallardan ibarətdir.
  Buraxılış imtahanlarında maksimum bal 300 baldır.

3.BLOK SINAQ İMTAHANLARI

  8-9-10-11-ci siniflər üçün nəzərdə tutulan Blok sınaq imtahanlarımız 11-ci sinifin sonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən Blok imtahanlarına uyğun hazırlanır. Blok imtahanları Ali məktəblərə qəbulun digər bir hissəsidir.
  Blok Sınaq imtahanlarında şagirdlərə 90 sual təqdim olunur və şagirdlər hazırlaşdıqları bloklar üzrə imtahan verirlər. Maksimum bal 400 baldır.
  Aşağıda bloklar üzrə fənlər qeyd olunub:


    Blok 1 - Fizika/Kimya/Riyaziyyat                                                                                 
Blok 2 -Riyaziyyat/Coğrafiya/Tarix                        

Blok 3 -Azərbaycan dili/Ədəbiyyat/Tarix                                                                               
Blok 4 -Biologiya/Fizika/Kimya